İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaradağda avtomobil yük maşını ilə toqquşub - Yaralananlar var

Bu gün saat 17:45 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 39-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli “Qafqazinfo”ya bildirib ki, eyni istiqamətdə hərəkətdə olan "Changan" markalı minik avtomobili ilə "Hyundai" markalı yük avtomobili toqquşub və zərbənin təsiri nəticəsində "Changan" markalı avtomobil aşıb. Hadisə zamanı "Changan" markalı nəqliyyat vasitəsində olan iki nəfər sərnişin xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR