İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda nə qədər taxıl əkilib?

Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib ki, ötən il ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görülüb.

Musavat.com xəbər verir ki, buğdanın yüksək məhsuldar yerli sortlarından istifadə edilməklə əkin sahələrinin genişləndirilməsi və idxaldan asılılığın azaldılması məqsədilə azad edilmiş ərazilərdə əkin işləri aparılıb.

İşğaldan azad olunmuş ərazilərdə əkilən taxıl sahələrinin statistikası da açıqlanıb. Hesabatda qeyd olunub ki, Ağdam rayonunda 5,5 min hektar, Cəbrayıl rayonunda 14,8 min hektar, Füzuli rayonunda 3,2 min hektar, Qubadlı rayonunda 14,1 min hektar, Zəngilan rayonunda 7,7 min hektar, Laçın rayonunda 2 min hektar, Xocavənd rayonunda 521 hektar olmaqla, ümumilikdə 48,7 min hektar əkinəyararlı torpaq sahəsi müəyyən edilib və həmin torpaq sahələrinin 38,2 min hektarında payızlıq buğda, 9,6 min hektarında isə arpa əkilib. Bundan əlavə, Zəngilan rayonunda 450 hektar sahədə yazlıq arpa, 400 hektar sahədə yazlıq buğda, 300 hektar sahədə vələmir, 50 hektar sahədə qarğıdalı, Qubadlı rayonunda 290 hektar sahədə yazlıq arpa, 50 hektar sahədə qarğıdalı, Ağdam rayonunda 300 hektar, Cəbrayıl rayonunda 260 hektar, Füzuli rayonunda 12,8 hektar, Xocavənd rayonunda 162 hektar sahədə yazlıq arpa əkini aparılıb. İşğaldan azad edilmiş ərazilərdə biçinin həyata keçirilməsi üçün ayrılmış 10 ədəd yeni kombayn və digər rayonlardan dislokasiya edilmiş 20 mədəd kombayn hesabına 15 min hektara yaxın sahənin biçini təmin edilib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR