Onlayn ictimai-siyasi qəzet
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk bu dəfə eşq həyatı ilə gündəmdədir.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, 17 illik modelyer həyat yoldaşı Nihan Akkuşdan boşanan Burukun məşhur müğənni Hadisə ilə eşq macərası yaşadığı iddia edilib.
Buruk və Akkuş 2007-ci ilin iyulunda evləniblər. Cütlüyün Ali Yiğit adında oğlu da var.
2013-cü ildə boşanmaq üçün məhkəməyə müraciət edən cütlük daha sonra evliliklərinə bir şans da vermək qərarına gəlib. Lakin cütlük evliliklərini davam etdirə bilməyib və 2024-cü ilin fevralında yollarını ayırıblar.
Qeyd edək ki, Hadisənin adı daha əvvəl "Qalatasaray"ın futbolçuları Mauro İkardi, Lukas Torreyra və Hakim Ziyeşlə də hallanıb. O, komandanın Okan Buruk üçün hazırladığı nostalji formanı geyinərək studiyada mahnı da oxumuşdu.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ