İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin uğursuz “Z” planı...rus ordusu yenidən hərəkətə keçir - CANLI

Britaniya Müdafiə Nazirliyi isə məlumat yayıb ki, logistika çatışmazlığı, Rusiya hərbçiləri arasında davamlı tempin və ruh yüksəkliyinin aşağı düşməsi, eləcə də ukraynalıların ciddi müqaviməti vəziyyəti daha da ağırlaşdırır: “Lakin şiddətli döyüşlərin davam etdiyi Mariupolun cənubunda Rusiya böyük irəliləyişlər əldə edib”.

Bununla belə, rus ordusu geri çəkilmir, savaş davam edir. Martın 28-də Ukrayna Baş Qərargahı məlumat yayıb ki, Rusiya iki taktiki hücum bölməsini uzun müddətdir mühasirədə saxladığı Kiyevdən Belarusa göndərib. Digər hissəsini isə Kiyevin şimal-qərbinə və şərqinə doğru geri çəkib. Məlumata əlavə edilib ki, Donetsk və Luqansk istiqamətlərində Rusiyanın beş hücumunun qarşısı alınıb. Bildirilib ki, indiyədək 17 min hərbçi zərərsizləşdirilib.

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbərin fikrincə, Putinin ildırımsürətli müharibə planı baş tutmadı. Onun sözlərinə görə, Putin ikinci hücum dalğasına hazırlaşır.

Rusiya və Ukrayna arasında isə əsirlərin dəyişdirilməsi İstanbulda keçiriləcək nümayəndə heyətləri arasında görüşün müzakirə mövzusu deyil. Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib. D.Peskov həmçinin bildirib ki, Rusiya və Ukrayna prezidentləri arasında görüş mövzusunda heç bir irəliləyiş yoxdur.

TVMusavat-ın saat 15:30-da canlı efirində aparıcı Emil Salamoğlunun moderatorluğu ilə siyasi ekspertlər - Vaqif Hüseyn və Elçin Xalidbəyli müharibənin 1 aylıq nəticələrini müzakirə edirlər. Müzakirəyə tamaşaçılar da qatıla bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR