Onlayn ictimai-siyasi qəzet
"Rusiya Silahlı Qüvvələrinin müqəddəs vəzifəsi düşməni Kursk vilayətindən qovmaq və vətəndaşları qorumaqdır".
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri Kursk vilayətində vəziyyəti sabitləşdirib və Ukrayna qüvvələrini bölgədən sıxışdırıb çıxarmağa başlayıblar.
Rusiya prezidenti qeyd edib ki, Kursk vilayətinə hücum etməklə Kiyev başqa istiqamətlərdə zəifləyib və bu, Rusiya Silahlı Qüvvələrinin hücumunu sürətləndirib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ