İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən işğal təhdidi - İllər əvvəl o, 5 Avropa ölkəsini siyahıya əlavə edib

Rusiya-Ukrayna müharibəsinin 33-cü günündə Almaniya mətbuatı Rusiya lideri Putinlə bağlı diqqətçəkən xəbər dərc edib.

Rusiya ilə Ukrayna arasında müharibə bəzi bölgələrdə şiddətlənərkən, Rusiya prezidenti Vladimir Putinin 2014-cü ildə işğal etməyi planlaşdırdığı Avropa İttifaqına üzv olan 5 ölkəni siyahıya əlavə etdiyi ortaya çıxıb.

2014-cü ildə Ukraynanın Aİ-yə üzv olmaq istədiyini elan etdikdən sonra qəzetlər Putinin bağlı qapılar arxasında Polşa və Rumıniya ilə birlikdə Baltikyanı Estoniya, Latviya və Litvanı işğal etməklə hədələdiyini yazırdı. Putin eyni zamanda bu ölkələri iki gündə işğal edə biləcəyini iddia edib.

Latviyalı diplomat və Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis də bu ayın əvvəlində “Politico”-ya verdiyi açıqlamasında Putinin hücumlarının genişlənə biləcəyini bildirib.

Diplomat V. Dombrovskis qeyd edib ki, Putin Ukraynadan qələbə ilə ayrılsa, hərbi hədəflərini artırıb Baltikyanı ölkələr, Litva, Latviya və Estoniyaya hücum edə bilər. “Ukraynanı dəstəkləməsək, bu müharibə Ukraynada dayanmayacaq”-deyə o, bildirib.

Qeyd edək ki, Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan “Suddeutsche Zeitung” qəzetindəki xəbərdə Rusiya prezidenti V.Putinin Ukraynanın o zamankı prezidenti Petro Poroşenkoya “Mən istəsəm, rus ordusu təkcə Kiyevi deyil, Riqa, Vilnüs, Tallin, Varşava və Buxaresti iki günə işğal edər".- dediyi də vurğulanıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR