Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukraynaya qarşı müharibəyə 700 min nəfərdən çox əsgər cəlb edib.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, cəmi iki ay ərzində Rusiya ordusunun şəxsi heyəti 60 min nəfər artıb. 2024-cü ilin noyabrı ilə müqayisədə isə bu rəqəm 120 min nəfərlik artımı göstərir. İşğal olunmuş ərazilərdə və sərhəd yaxınlığında 35 min nəfər Rusiya Qvardiyasının (Rosqvardiya) qüvvələri də fəaliyyət göstərir. Cəbhə xətti 1100 kilometrə qədər uzanır və döyüşlər bütün istiqamətlər boyunca davam edir.
Qeyd edək ki, 2025-ci ildə Kreml ordunun saxlanmasına 4 trilyon rubl ayırmağı planlaşdırır.
Musavat.com
13 Iyul 2025
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ