İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin onu Türkiyəyə səfir GÖNDƏRİR - FOTO

Rusiyanın Türkiyədəki yeni səfiri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin olacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Verşinin bu vəzifədə 2017-ci ildən səfir olan Aleksey Erxovu əvəz edəcək. Aleksey V. Erxov iyunun 15-də Rusiyaya qayıdır.

Qeyd edək ki, Sergey Verşinin 2018-ci ilin mart ayından Rusiya xarici işlər nazirinin müavini vəzifəsini icra edib. Bundan əvvəl isə Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru olub.

Eyni zamanda, 2011-ci ildən etibarən o, Yaxın Şərqdə münaqişələrin nizamlanması üzrə nazirin xüsusi nümayəndəsi vəzifəsini də icra edib. Bu statusda o, Rusiya, ABŞ, Aİ və BMT-dən ibarət olan “Yaxın Şərq dördlüyü”nün danışıqlarında Rusiyanı təmsil edib. 2013-cü ildən etibarən isə o, Suriya münaqişəsinin həllinə fəal şəkildə cəlb olunub, müxtəlif beynəlxalq formatlarda iştirak edib. 2017-ci ilin yanvar ayından etibarən Astanada keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edib, Cenevrə və Vyanada Suriya müxalifətinin nümayəndələri ilə keçirilən görüşlərdə iştirak edib. Əlcəzair, Mərakeş və Tunis kimi ölkələrdə xidmət edib. O, sonuncu dəfə 1999-2003-cü illərdə Əlcəzairdə səfir kimi çalışıb. Verşin ərəb dili ilə yanaşı ingilis və fransız dillərini də bilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR