Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni sanksiyaları Rusiya neftinin beynəlxalq daşınma marşrutlarına ciddi təsir göstərməyə başlayıb.
Musavat.com xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, bəzi tanker gəmiləri istiqamətlərini dəyişir və uzunmüddətli dayanmalara məcbur qalır.
Məsələn, “Furia” adlı tanker, göyərtəsində 730 min barel neft daşıdığı halda, Hindistanın Sikka limanına doğru hərəkət edərkən Danimarka və Almaniya arasındakı sularda sürətini azaldıb və dayanıblar.
Analitiklər bu vəziyyəti ABŞ sanksiyalarının logistika zəncirlərinə təsiri ilə izah edirlər. Ekspertlərin fikrincə, sanksiyalar ticarət marşrutlarını dəyişməyə, bəzi hallarda isə nəqliyyat şirkətlərinin yeni vasitəçi və sığorta mexanizmləri axtarmasına səbəb olur.
Musavat.com
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ