İnsanlara hürriyət, millətlərə istiqlal!

Permin sabiq deputatı terrorizmə çağırış ittihamı ilə saxlanılıb

Rusiyanın Perm vilayətində tanınmış siyasətçi, yerli qanunvericilik məclisinin sabiq deputatı Konstantin Okunyev Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən saxlanılıb.

Musavat.com xəbər verir ki, “Kommersant” nəşrinin məlumatına görə, Okunyev “terrorçuluğa çağırış” maddəsi ilə şübhəli şəxs qismində istintaqa cəlb edilib. Məhkəmə onun barəsində 30 oktyabrda həbs-qətimkan tədbiri seçəcək.

Konstantin Okunyev Perm vilayətində müxalifətçi mövqeyi ilə tanınır. O, 2017-ci il qubernator seçkilərində hakimiyyətin namizədinə qarşı çıxan əsas rəqiblərdən biri olub.

Məlumatlara görə, siyasətçi təkcə 2023-cü ildə ifadələrinə görə doqquz dəfə cərimələnib – ümumilikdə 617 min rubl məbləğində. “7x7” portalının bildirdiyinə görə, bu cərimələrin üçü Putini tənqid etməyə, ikisi ordunun “diskreditasiyasına”, digərləri isə polis əməkdaşlarını təhqir etmək və nasist simvolikasını nümayiş etdirmək ittihamlarına görə olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR