İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Çinlə müharibədə məğlub ola bilər - "The Atlantic"

ABŞ-ın nüfuzlu The Atlantic nəşri xəbərdarlıq edir ki, Çinlə uzunmüddətli müharibə ssenarisində Vaşinqton məğlubiyyət riski ilə üz-üzə qala bilər.

Musavat.com xəbər verir ki, məqalədə bu ehtimal ABŞ ordusunun zəifliyi ilə deyil, ölkənin sənaye potensialının tənəzzülü və resursların sürətlə bərpa olunmaması ilə izah olunur.

Nəşr qeyd edir ki, müasir müharibələr artıq “ilk zərbə üstünlüyü” ilə deyil, davamlı istehsal və adaptasiya qabiliyyəti ilə qazanılır. Müəlliflər bu vəziyyəti Rusiyanın Ukrayna müharibəsindəki vəziyyəti ilə müqayisə edərək vurğulayırlar ki, böyük, amma məhdud resurslara malik ölkələr uzunmüddətli qarşıdurmalarda tükənə bilər.

Çin isə bu baxımdan üstün mövqedədir: ölkə dünyada istehsal olunan gəmilərin yarısından çoxunu tikir, dron bazarının 90 faizinə nəzarət edir və itkiləri çox qısa müddətdə bərpa edə bilir. ABŞ-da isə gəmiqayırma sektoru faktiki olaraq çökmüş vəziyyətdədir — 2024-cü ildə ABŞ dünya gəmi istehsalının cəmi 0,1 faizinə sahib olub.

The Atlantic-in analitikləri hesab edir ki, ABŞ ilk döyüşlərdə qələbə qazana bilər, lakin uzunmüddətli müharibədə Çin qarşısında uduzma riski yüksəkdir. Çünki Çin davamlı münaqişəyə hazırdır, ABŞ və onun müttəfiqləri isə belə bir iqtisadi-sənaye gərginliyinə hazır görünmür.

 

Musavat.com

df54d402-4729-4c65-8ab9-feac53235fad.jpeg (64 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR