Onlayn ictimai-siyasi qəzet
Xalq şairi Sabir Rüstəmxanlı "Həftənin qonağı" proqramında qonaq olub.
Musavat.com xəbər verir ki, S.Rüstəmxanlı qızı Aydanla ailəli olan müğənni Elçin Cəfərovdan danışıb.
O, qızı ilə müğənninin boşanması haqda suala belə reaksiya verib:
![]()
"Uşaqlarına baxırlar, əlaqələri var. Rəsmilik hər şeyi həll etmir. Heç nə deyə bilmərəm. İndiki uşaqların nə ayrılığı, nə birliyi bilinir. Rahat deyilsənsə, başqa cür olmur. Əsas bir yerdə olub, uşaqlar üçün problem yaratmaq deyil. Uşağın gələcəyini ziyan vuran münaqişə varsa, imtina etmək lazımdır. Hər bir ailənin əsas işi gözəl övlad yetişdirməkdir. Ailənin çiçəyi açılır, içindən meyvə çıxır. Gərək çiçəkdən çürük meyvə çıxmasın, təmiz olsun. Çiçək ailədir, orada tozlanma düz getmir, hava çirklidir... Biri gedir, biri gəlir... Uşaqları olandan sonra övladlarımız bizi daha yaxşı başa düşür".
Qeyd edək ki, cütlük 2024-cü il 14 fevral günü boşanıb.
Könül
Musavat.com
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ