Onlayn ictimai-siyasi qəzet
Parisdə məhkəmə Luvr muzeyində baş vermiş səs-küylü oğurluq işi ilə əlaqədar iki nəfərə qarşı rəsmi ittiham irəli sürüb.
Musavat.com xəbər verir ki, “Le Monde” nəşrinin məlumatına görə, həmin şəxslər təşkil edilmiş oğurluq və cinayətkar sövdələşmə maddələri ilə təqsirləndirilirlər. Hər iki şübhəli günahlarını qismən etiraf edib.
Onlardan biri Ruassi–Şarl de Qoll hava limanında Əlcəzairə uçmağa cəhd edərkən saxlanılıb, digəri isə öz evinin yaxınlığında tutulub.
İstintaqın məlumatına əsasən, onların şəxsiyyəti DNT ekspertizası vasitəsilə müəyyən edilib — bioloji izlər skuterin üzərində, sındırılmış vitrin hissələrində və hadisə yerində buraxılmış əşyalarda aşkarlanıb.
Paris prokuroru bildirib ki, oğurlanan zinət əşyaları hələlik tapılmayıb və onların harada saxlanıldığı məlum deyil.
Musavat.com
30 Oktyabr 2025
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ