İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə Azərbaycan səfirliyi açıldı - FOTOLAR

Bu gün Oman Sultanlığının paytaxtı Maskat şəhərində Azərbaycan Respublikasının Səfirliyinin rəsmi açılış mərasimi olub.

Musavat.com xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov “X”də paylaşım edib. Açılış mərasimində iştirak etməkdən məmnunluq ifadə edən nazir qeyd edib ki, yeni diplomatik nümayəndəlik ölkələrimiz arasında artan tərəfdaşlığın göstəricisi olan mühüm mərhələni ifadə edir.

“Biz Azərbaycan və Oman xalqları üçün yeni imkanlar açmaqla ticarət, investisiya, mədəniyyət və turizm sahələrində ikitərəfli əməkdaşlığımızı daha da dərinləşdirməyə sadiqik.

Bu addımlar siyasi dialoqun, xalqlar arasında əlaqələrin və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ortaq öhdəliyimizi əks etdirir”, deyə C.Bayramov paylaşımda qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR