İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Rusiyanın “Rosneft” zavodunu milliləşdirməyə hazırlaşır

Almaniya hökuməti Rusiyanın “Rosneft” şirkətinə məxsus neft emalı zavodunun milliləşdirilməsi məsələsini yenidən gündəmə gətirib.

Musavat.com xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, bu qərar ABŞ-ın “Rosneft”ə qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra aktivləşdirilib. Söhbət Almaniyada şirkətə məxsus aktivlərdən – o cümlədən Berlinin yanacaq təchizatında mühüm rol oynayan neftayırma zavodundan gedir.

ABŞ Maliyyə Nazirliyi Almaniyadakı “Rosneft Deutschland” bölməsinə sanksiyalardan 2026-cı ilin aprel ayına qədər azadolma lisenziyası verib. Lakin agentliyin məlumatına əsasən, Berlin üçün əsas prioritet bu güzəştin daimi xarakter alması olsa da, hökumət aktivlərin müsadirəsi və xarici investora satılması variantlarını da masa üzərində saxlayır.

Xatırladaq ki, Almaniya hökuməti 2022-ci ildə enerji təhlükəsizliyi məqsədilə “Rosneft Deutschland”ın idarəçiliyini müvəqqəti olaraq dövlət nəzarətinə götürmüşdü. ABŞ sanksiyalarının yenilənməsi isə həmin qərarın daimi milliləşdirməyə çevrilməsi ehtimalını xeyli artırıb.

Ekspertlərin fikrincə, bu addım Almaniyanın enerji bazarında Rusiyadan asılılığı minimuma endirmək planının bir hissəsidir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR