İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Çinin köməyi ilə gizli şəkildə raket proqramını bərpa edir

İran beynəlxalq sanksiyalara baxmayaraq, ballistik raket proqramını yenidən aktivləşdirir.

Musavat.com xəbər verir ki, CNN telekanalının məlumatına görə, Avropa kəşfiyyat orqanları Çindən İrana strateji materialların daşındığını qeydə alıblar. Məlumata əsasən, sentyabrın sonlarından etibarən Çindən Bəndər-Abbas limanına bir neçə partiya natrium perxlorat gətirilib. Bu maddə orta mənzilli raketlərdə istifadə olunan bərk yanacağın əsas komponentidir.

Mənbələr bildirir ki, İran son iki ayda təxminən 2 min ton perxlorat alıb. Sözügedən alışlar İsraillə 12 günlük müharibədən dərhal sonra həyata keçirilib. Ekspertlər hesab edirlər ki, bu tədarüklər Tehranın raket arsenalını bərpa etmə planının bir hissəsidir.

Hesabatda qeyd olunur ki, bu göndərişlərdə iştirak edən bir neçə Çin şirkəti və gəmi artıq ABŞ-ın sanksiya siyahısına salınıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR