Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Ağ Evdəki qalmaqaldan danışdı; Zelenskinin naharını Tramp yedi
ABŞ dövlət katibi Marko Rubio Ukrayna prezidenti Vladimir Zelenskinin fevralın 28-də Oval kabinetdəki bəyanatlarının potensial sülh danışıqlarını pozmaq məqsədi daşıdığını bildirib.
Musavat.com xəbər verir ki, Rubio ABC telekanalına açıqlamasında deyib ki, ABŞ "münaqişəni "bütün tərəfləri danışıqlar masasına oturtmaqla" həll etmək üçün plan hazırlamağa çalışır.
Dövlət katibinin sözlərinə görə, Ukrayna prezidenti isə bunun qarşısını almaq istəyir: “Biz Ukrayna və Rusiyanı danışıqlar masası arxasına gətirə bilərikmi? Bu, bizim məqsədimizdir. Onu pozmaq üçün cəhd etmək lazım deyil. Təəssüf ki, Zelenski belə etdi - o, hər bir məsələni izah etməyə çalışmaq fürsəti tapırdı. Sonra o, vitse-prezidentlə üz-üzə gəldi".
Rubio deyib ki, ABŞ-ın vitse-prezidenti Vens münaqişənin həllində diplomatiyanın vacibliyini vurğulayanda Zelenski müdaxilə edərək onun bəyanatlarına etiraz edib: “Biz hamımız başa düşürük ki, Putinlə danışıqlar aparmaq asan olmayacaq. Burada heç kim iddia etmir ki, Vladimir Putin bu il Nobel Sülh Mükafatını qazanacaq və ya Humanitar Assosiasiyanın “İlin Adamı” olmalıdır. Biz onun çox böyük ölkəsi olduğunu iddia edirik".
Dövlət katibi qeyd edir ki, ruslar tam hərbi hazırlıq vəziyyətindədirlər və indi Rusiyanı müharibəni dayandırmağa məcbur etməyin mümkün olub-olmadığını araşdırmaq lazımdır: “Bunun yeganə yolu rusları danışıqlara cəlb etməkdir ki, bunu avropalılar edə bilmədi, Bayden administrasiyası edə bilmədi, hətta buna cəhd etmədi”.
Bu arada Ukrayna prezidentinin Ağ Evi tərk etməsindən sonra hazırlanmış nahar yeməyi haqda maraqlı məlumat açıqlanıb.
Bəlli olub ki, ABŞ prezidenti Donald Tramp Zelenski ilə birgə nahar üçün hazırlanmış xörəyi özü yeyib. "Prezident nahardan həzz aldı... o, Zelenskinin naharını yedi" deyə Ağ Evin mətbuat katibi xanım Karolit Livitt “Fox Nyus”a deyib.
Onun sözlərinə görə, Tramp Zelenskinin sülh yolu ilə nizamlanmanın ciddi müzakirəsinə hazır olmadığı qənaətinə gəldiyi üçün birgə naharı ləğv edib. Danışıqlardan dərhal sonra iki prezident üçün hazırlanan şam yeməyinin Ağ Ev əməkdaşlarına veriləcəyini bildirmişdi.
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ