İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Afrika ölkəsi vasitəsilə Ukraynaya sülh təklif edib?

Rusiya hakimiyyəti Ukraynaya 8 aydan artıq davam edən genişmiqyaslı silahlı müdaxilə fonunda mümkün “körpülərin qurulması” və “münasibətlərin açılması” barədə Kiyevə “siqnallar” göndərib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu çərşənbə günü Ukrayna prezidenti Vladimir Zelenski Afrikanın Qvineya-Bisau dövlətinin başçısı Umaru Şisoku Embalo ilə keçirdiyi mətbuat konfransında deyib.

Qvineya-Bisau prezidenti çərşənbə axşamı Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Zelenskinin sözlərinə görə, Rusiya hakimiyyəti onun vasitəsilə Ukrayna hakimiyyətinə siqnallar ötürüb.

Zelenskiyə görə, hər hansı bir mövzuda danışa bilmək üçün Rusiya öncə mülki infrastruktura zərbələri dayandırmalıdır.

“Rusiyanın qaldırdığı ikinci məsələ, münasibətlərə vurulan kilidin açılması ilə bağlıdır... Gəlin, o zaman Qara dənizimizin blokunu açmaqdan başlayaq”, - deyə Ukrayna prezidenti bildirib.

ddd56.jpg (76 KB)

Ukrayna liderinin sözlərinə görə, Vladimir Putinin dialoqa hazır olması ilə bağlı siqnalları sadəcə olaraq rus auditoriyasına və Rusiya ilə hələ də siyasi əlaqələr saxlayan ölkələrə yönəlmiş ritorikadan başqa bir şey deyil. Onun bildirdiyinə əsasən, bunun üçün Rusiya Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinə hörmət etməlidir. Belə olan halda Ukrayna danışıqlara hazır olacaq.

Qvineya-Bisau prezidenti Embalo Putinlə söhbətinin məzmununu Zelenskiyə çatdırdığını təsdiqləyib. Rəsmi Moskva hələ ki, Ukrayna prezidentinin sözlərinə münasibət bildirməyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR