İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ: Yaxın zamanlarda...

Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə danışıb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan TDT-nin üzv ölkələrinə 20 milyarddan çox investisiya qoyub:

“Azərbaycan qonşu ölkələrlə müştərək müəssisələr qurub. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün danışma baxımından böyük əhəmiyyət kəsb edir. 10 yeni gəmi hazırda inşa edilir”.

Prezident bildirib ki, Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir:

"Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin, 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

21 May 2025

BÜTÜN XƏBƏRLƏR