İnsanlara hürriyət, millətlərə istiqlal!

Podolyakdan SON DƏQİQƏ açıqlaması: Ukrayna Rusiya ilə atəşkəsə HAZIRDIR

Ukrayna Rusiya ilə hava barışığını müzakirə etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Ukrayna prezidentinin ofisinin müşaviri Mixaylo Podolyak bildirib.

Podolyak vurğulayıb ki, müzakirə pilotsuz təyyarələrdən istifadə etməklə zərbələrin dayandırılmasını da əhatə edə bilər:

"Ukrayna bunu müzakirə etməyə hazırdır və bunu real danışıqların başlanğıc nöqtəsi hesab edir".

Avqustun əvvəlində ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Rusiyaya səfəri öncəsi "Bloomberg" xəbər verib ki, Rusiya Ukrayna ilə qarşılıqlı hava barışığı bağlamaq imkanını güzəşt kimi nəzərdən keçirir.

Belarus prezidenti Aleksandr Lukaşenko isə Amerikanın “Time” jurnalına müsahibəsində bildirib ki, Rusiya hava atəşkəsinə qarşı deyil, lakin Ukrayna tərəfi də razı olmalıdır. Onun sözlərinə görə, belə bir razılaşma münaqişənin gələcək həlli üçün ilk əhəmiyyətli addım ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR