İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiyan ABŞ -da Reuters müxbirinə türkcə cavab verdi - MARAQLI DİALOQ (VİDEO)

Sosial mediada İran prezidenti Məsud Pezeşkiana dair maraqlı material yayılıb.

Musavat.com xəbər verir ki, Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının sessiyasında iştirak edən Pezeşkiana bir qasın müxbir yaxınlaşır. Bundan sonra onlar arasında belə bir dialoq cərəyan edir:

Müxbir: Cənab Prezident, bir sual verə bilərəm?

Pezeşkiyan (zarafatla): Soruş da, kim kimədir.

Müxbir: Mən Hafiziyəm, Reuters müxbiri.

Pezeşkiyan: Yaşa.

Müxbir: Bu qədər tez-tez və ard-arda dediyiniz sözlər: İsrailə hücum edirik, İsrail cinayətkardır, qatildir...

Pezeşkiyan: Deyilmi?

Müxbir: Mən jurnalistəm...

Pezeşkiyan: Əgər sən jurnalistsənsə, onda bilməlisən ki, orada nə qədər jurnalist qətlə yetirilib...

Müxbir Hafizi: Mənə danışmaq və müsahibə vermək fürsəti verin...

Pezeşkiyan (zarafarla): Allah xeyir versin, görüm vaxt tapa biləcəyəmmi...

@@TVmusavat/96421@@


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR