İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılları mənimsənilən Elza Seyidcahan: "Nəfəs ala, otura bilmirəm... "

Bir neçə gündür şeirləri ilə bağlı qalmaqal yaşayan Əməkdar artist Elza Seyidcahan bu dəfə külli miqdarda qızıllarının mənimsənildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, o özü bu barədə açıqlama verib.

Həmin açıqlamanı təqdim edirik:

"Bu günlərdə səhnədən yıxıldım, sarıqdayam. Nəfəs ala, otura bilmirəm. Buna görə bu gün Yasamaı Rayon Məhkəməsinə də gedə bilmədim. Məlum olduğu kimi bir müddət əvvəl "Nizami" metrosunun yaxınlığında yerləşən lombardda qızımın, anamın, rəfiqələrimin zinət əşyalarını girova qoymuşduq. Maddi problemlərlə üzləşəndə bu addımı atdıq və "yağışdan çıxıb, yağmura düşdük. 8500 manat verib, borcu ödədik. Amma bir ildir ki, qızıllarımızı geri ala bilmirik. Lombardda 100 min manat dəyərində qızılımız qalıb. Daxili İşlər Nazirliyinə müraciət etdim və qısa müddətdə qızılımızı qaytarmayan şəxsi tapdılar. İnanıram ki, Yasamal Rayon Məhkəməsinin hakimi işə ədalətli baxacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR