İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan neft idxalını azaldıb, maye qazı çoxaldıb

Hindistan iyul ayında 16,475 milyon ton neft idxal edib ki, bu da 2023-cü ilin iyul ayı ilə müqayisədə 13,2 faiz çoxdur. Musavat.com ölkənin Ticarət Nazirliyinin statistikasına əsasən xəbər verir ki, pul ifadəsində tədarük 10,28 milyard dollar təşkil edib. İyun ayında ölkə 18,55 milyon ton neft alıb. Beləliklə, 2024-cü ilin iyun ayı ilə müqayisədə idxal 11,2 faiz azalıb.

Hindistana iyulda Rusiya 7,38 milyon ton (iyun ayına nəzərən 6 faiz az), İraq - 2,82 milyon ton (21 faiz az), Səudiyyə Ərəbistanı - 1,59 milyon ton (25 faiz az) neft satıb . Pul ifadəsində əməliyyatların həcmi müvafiq olaraq 4,45 milyard dollar, 1,71 milyard dollar və 1,06 milyard dollar təşkil edib.

Ümumilikdə, yeddi ay ərzində Hindistan 145,64 milyon ton neft (pul ifadəsində 88,61 milyard dollar) alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

2023-cü ildə ölkə 235,839 milyon ton neft idxal etmişdi ki, bu da bir il əvvəlkindən 4,5 faiz çoxdur. Xammal Rusiyadan 82,207 milyon ton (artım 2,6 dəfə), İraqdan 48,83 milyon ton ( azalma 7 faiz), Səudiyyə Ərəbistanından 35,217 milyon ton ( azalma 12,4 faiz) alınıb. İyulda Hindistan 2,784 milyon ton mayeləşdirilmiş təbii qaz idxal edib ki, bu da 2023-cü ilin iyul ayındaki 1,777 milyon tondan 57 faiz çoxdur.

Bu, milli ticarət statistikası tarixində ən yüksək idxaldır. Əvvəlki zirvə 2020-ci ilin fevralında (2,672 milyon ton) olub - bunu bazarda LNG-nin anormal çoxluğu və pandemiya fonunda dünya qiymətlərinin kəskin enməsi ilə izah etmək olar.

İdxalın artımına bölgədə yayın isti keçməsi şərait yaradıb. May və iyun aylarında iqlim normasının xeyli artıqlığı müşahidə olunub. İyul ayında (və daha sonra avqustda) ölkədə havanın temperaturu normaya yaxınlaşsa da, yenə də çox yüksək olub, nəticədə, kondisionerlər üçün çoxlu enerji tələb olunub.

İyulda orta idxal qiyməti iyundakı 423 dollardan sonra min kubmetr üçün 411 dollar təşkil edib.

Qətər iyul ayında yenidən Hindistana LNG-nin ən böyük tədarükçüsü olub (bütün tədarüklərin 41 faizi), daşımaların həcmini 30 faizdən çox artıraraq 1,128 milyon tona çatdırdı. ABŞ tədarükün 20 faizini (560 min ton) təmin edib, ixracı demək olar ki, iki dəfə artırıb.

İyul ayında Rusiyadan Hindistana birbaşa LNG tədarükü olmayıb.

2024-cü ilin ilk 7 ayında Hindistan LNG idxalını 34 faiz artıraraq 16,541 milyon tona çatdırıb.

Uzunmüddətli perspektivdə Hindistan, Çin və Cənub-Şərqi Asiya ölkələrinin qlobal LNG bazarının böyüməsi gözlənilir. Beynəlxalq Enerji Agentliyi (IEA) Hindistanın 2024-cü ildə bu yanacağın idxalını 17 faiz artıracağını gözləyir.

Bu gün ölkədə ümumi tutumu 65 milyard kubmetr olan yeddi LNG qəbuledici terminal fəaliyyət göstərir. 7 milyard kubmetr tutumu olan səkkizinci LNG terminalının ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR