Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrinin sol tərəfində (Ucar ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək.
Musavat.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qurum göstərilənləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ