İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Məmmədov vəzifəsindən azad edildi

Ramiz Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin köməkçisi vəzifəsindən azad olunub.

Musavat.com report-a istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də imzaladığı əmrə əsasən, Ramiz Gülməmməd oğlu Məmmədov Naxçıvan MR sədrinin köməkçisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ramiz Gülməmməd oğlu Məmmədovun Naxçıvan MR Ali Məclisinin deputatı seçilməsi muxtar respublikanın Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR