İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK-dən nikbin proqnoz: 2050-ci ildə neftə olan qlobal tələbat 120,1 milyon barelə çatacaq

2050-ci ilə qədər qlobal neft tələbatı 2023-cü ilin səviyyəsi ilə müqayisədə sutkada təxminən 18 milyon barel arta və 120,1 milyon barel təşkil edə bilər. Musavat.com xəbər verir ki, bu qiymətləndirmə OPEC-in uzunmüddətli World Oil Outlook (WOO) hesabatında öz əksini tapıb.

Keçən ilin proqnozunda neft bazarının vəziyyətini qiymətləndirmək üçün son müddət 2045-ci ilə məhdudlaşdırılmışdı. O zaman OPEK gözləyirdi ki, 2045-ci ilə qədər neftə tələbat 2022-ci illə müqayisədə sutkada 16 milyon barel artaraq 116 milyon barelə çata bilər.

Təşkilat həmçinin 2029-cu ildə neftə tələbatın sutkada 112,3 milyon barel təşkil edəcəyini proqnozlaşdırır ki, bu da 2023-cü ildəkindən 10,1 milyon barel çoxdur. Eyni zamanda OPEC vurğulayır ki, İƏİT-ə daxil olmayan ölkələrdə tələbin davamlı artımı ilə İƏİT ölkələrində durğun tələb arasında nəzərəçarpacaq təzad yaranacaq.

Belə ki, OPEC-in proqnozuna görə, 2023-2029-cu illər ərzində İƏİT-ə daxil olmayan ölkələrdə neftə tələbat sutkada 9,6 milyon barel artaraq 66,2 milyon barel təşkil edəcək, İƏİT ölkələrində tələb isə 46 milyon barel ətrafında dəyişəcək.

Uzunmüddətli perspektivdə, 2023-cü ildən 2050-ci ilə qədər İƏİT-ə daxil olmayan ölkələrdə neftə tələbat artımı sutkada 28 milyon barel olacaq və İƏİT ölkələrində bu, artıq azala bilər.

OPEK-in hesabatında təqdim olunan məlumatlara görə, 2023-cü ildən 2050-ci ilə qədər olan dövrdə neftə tələbat ən çox Hindistanda arta bilər - sutkada 8 milyon barel. Çində tələb artımı sutkada 2,5 milyon barel, digər Asiya ölkələrində - 5,2 milyon barel, Latın Amerikasında - 3 milyon barel, Yaxın Şərq və Afrikada - 4,4 milyon barel, Rusiya - 0,2 milyon barel təşkil edə bilər.

OPEC-in proqnozlarına görə, 2050-ci ilə qədər dünyada enerji resurslarına tələbat 24 faiz artacaq. Bu vaxta qədər neft 29,3 faiz payla ən populyar resurs növü olaraq qalacaq. Eyni zamanda bərpa olunan enerji mənbələrinin payı 2023-cü ildəki 3,2 faizdən 2050-ci ilə qədər 14 faizə qədər artacaq, kömürün payı isə əksinə, 25,9 faizdən 13,1 faizə qədər azalacaq. 2050-ci ilə qədər enerji resurslarına tələbatın artımının əsas lokomotivi Hindistan olacaq - bu ölkədə tələb iki dəfədən çox artaraq gündə 43 milyon barel neft ekvivalentinə çata bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR