İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan qaçan deputat Londonda saxlanıldı

Ötən ay Ukraynadan qaçan Ali Radanın deputatı Artem Dmitruk sentyabrın 24-ü səhər saatlarında Londonda saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri parlamentariyə yaxın mənbələrə istinadən məlumat yayıb.

“Ekstradisiya ilə bağlı məhkəmə prosesi gedir, onun barəsində həbs qətimkan tədbiri seçilməsi istənilir”, - məlumatda deyilir. Sentyabrın 9-da Ukrayna bir sıra ölkələrə Dmitrukun saxlanılması və daha sonra Kiyevə göndərilməsi üçün sorğu göndərib.

Deputatın Ukraynadan getməsi avqustun 26-da məlum olub. Bundan əvvəl Dmitruk hüquq-mühafizə orqanının əməkdaşına və hərbçiyə hücum etməkdə ittiham olunurdu. O, özü bu ittihamları “tamamilə uydurulmuş hekayə” adlandırıb və onları “müxaliflərin ovu” ilə əlaqələndirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR