İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov yenidən Putinin sözçüsü oldu

Dmitri Peskov yenidən Rusiya prezidentinin sözçüsü təyin olunub.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

“Dmitri Sergeyeviç Peskov Rusiya Federasiyası Prezidentinin Administrasiyası rəhbərinin müavini - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi təyin edilsin”, - sərəncamın mətnində deyilir.

Qeyd edək ki, 56 yaşlı Dmitri Peskov indiki dövlət başçısının hökumətə rəhbərlik etdiyi 2008-ci ildən Putinin mətbuat katibi olub. 2012-ci ildə Putin prezident seçildikdən sonra Peskov başçı müavini rütbəsi ilə dövlət başçısının administrasiyasına keçib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR