Onlayn ictimai-siyasi qəzet
"İqor mənim yaxın dostum idi. Onun haqqında burada kimdənsə pis söz eşidə bilməzsiniz. Çox gözəl insan idi, gözəl xarakteri var idi".
Musavat.com xəbər verir ki, bunu Aktauda təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakin qonşusu Əli Məmmədov deyib. O bildirib ki, sonuncu dəfə pilotla 3 gün bundan əvvəl görüşüb.
"Uçuşdan bir gün öncə onunla həyətdə görüşdük. Dedim, İqor, nə var, nə yox. Çox mehribancasına gülümsədi. Dedi ki, hər şey yaxşıdır. Sanki nəsə olacağını bilirmiş. Həmişəkindən sakit, mülayim idi. Sağollaşanda Azərbaycan dilində dedi ki, mən getdim. Bu, bizim son danışığımız oldu. Nəşinin bu gecə və ya sabah gətiriləcəyi gözlənilir. Həyat yoldaşı ayağından yeni əməliyyat olunub. İqorun iki qızı, xanımı hər kəs pərişandır".
Xatırladaq ki, dekabrın 25- də Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
Şahanə Rəhimli
Musavat.com
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ