Onlayn ictimai-siyasi qəzet
Təyyarə hadisəsi ilə bağlı araşdırmaya Türkiyədən mütəxəssislər də cəlb olunub.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.
Bildirilir ki, Azərbaycan araşdırmanın daha da dərinləşdirilməsi məqsədilə Türkiyədən mülki aviasiya sahəsində ixtisaslaşmış mütəxəssislər qrupu cəlb edib.
Türkiyəli mütəxəssislər artıq hadisə yerinə–Qazaxıstanın Aktau şəhəri yaxınlığına yola düşüblər. Araşdırmanın nəticələri Azərbaycan rəsmiləri ilə paylaşılacaq.
Xatırladaq ki, 25 dekabrda Bakı-Qroznı reysini yerinə yetirən AZAL sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Hadisə nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər isə sağ qalıb.
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ