İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimalla Cənubu birləşdirəcək DƏHLİZ:Azərbaycanın qazandığı iqtisadi-siyasi DİVİDENDLƏR

Rusiya hökumət nümayəndə heyəti bir neçə gün bundan öncə Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Rusiya tərəfdən görüşdə baş nazirin müavini Aleksey Overçuk, nəqliyyat naziri Roman Starovoyt və Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov da iştirak ediblər. Görüş zamanı Rusiya Baş nazirinin müavini Vitali Savelyev Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətində Rəşt-Astara dəmir yolunun əhəmiyyətindən danışıb.

Rusiya rəsmisi bildirib ki, xəttin tikintisi başa çatdıqdan sonra Rusiya ilə İran arasında yükdaşımanın potensial həcmi ildə 15 milyon ton təşkil edəcək: “Biz gözləyirik ki, Rəşt-Astara hissəsinin tikintisi başa çatdıqdan sonra ilkin mərhələdə Rusiya ilə İran arasında potensial yük daşıma həcmi 15 milyon ton olacaq. Rusiya tərəfi İrana kredit xətti açıb və Şimal-Cənub dəhlizi məsələsində Azərbaycan hökuməti ilə əməkdaşlıq edir. Rusiya İranı sazişin özünə aid hissəsini yerinə yetirməyə çağırır”.

Şimalla Cənubu birləşdirəcək DƏHLİZ: <span style=color:red>Azərbaycanın qazandığı iqtisadi-siyasi DİVİDENDLƏR - FOTO

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin istifadəyə verilməsinə Rusiyanın bu qədər israrı hansı iqtisadi, siyasi maraqlardan irəli gəlir? İran bu layihənin tamamlanmasını nə üçün gecikdirir, məqsədi nədir? Bəs Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan üçün iqtisadi və siyasi əhəmiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı Medianews.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycan digər beynəlxalq nəqliyyat dəhlizləri ilə yanaşı, Şimal-Cənub dəhlizinin genişlənməsində də maraqlıdır.

Şimalla Cənubu birləşdirəcək DƏHLİZ: <span style=color:red>Azərbaycanın qazandığı iqtisadi-siyasi DİVİDENDLƏR - FOTO

Millət vəkilinin sözlərinə görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi həm də Rusiya üçün vacib layihədir: “Rusiya Şimal-Cənub dəhlizi ilə məhz öz yüklərini daha geniş coğrafiyaya çıxarmaq niyyətindədir. Nəzərə alaq ki, bu dəhliz Şimaldan başlayaraq Hindistana qədər uzanır və kifayət qədər daşıma potensialına malik olan nəqliyyat dəhlizlərindən biridir. Sözsüz, Rusiya bu dəhlizin genişlənməsində maraqlıdır. Təbii ki, bu dəhlizin genişlənməsi üçün xüsusən də İrandakı infrastruktun genişlənməsinə ehtiyac var. Burda dəmir yolu xəttinin genişlənməsi və bu infrastruktun tam beynəlxalq yüklərin daşımasını dəstəkləməsi çox önəmlidir. Bu konteksdən Rusiyanın israrı başa düşüləndir. Rusiya praktik olaraq, bununla Şimal-Cənub dəhlizinin daha geniş infrastrukturda istifadəyə verilməsi və eləcə də Rusiya məhsullarının Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə Şimaldan Cənuba daşınmasında maraqlıdır”.

Şimalla Cənubu birləşdirəcək DƏHLİZ: <span style=color:red>Azərbaycanın qazandığı iqtisadi-siyasi DİVİDENDLƏR - FOTO

Deputat V.Bayramov vurğulayıb ki, Azərbaycan üçün də vacib layihə hesab olunan sözügedən dəhliz ölkəmizə bir sıra iqtisadi-siyasi dividendlər qazandıracaq: “Bu dəhliz bir tərəfdən Azərbaycan üçün öz məhsullarını daha geniş bazara çıxarma imkanına malik olduğu üçün, digər tərəfdən isə tranzit yük daşımalar baxımından əhəmiyyətlidir. Ona görə də Azərbaycan hətta İranın bu istiqamətdə infrastrukturunun dəstəklənməsi istiqamətində də işlər həyata keçirib. Bu ondan xəbər verir ki, Azərbaycan digər nəqliyyat dəhlizləri kimi, Şimal-Cənub nəqliyyat dəhlizinin genişlənməsində də maraqlıdır. Xüsusən Rusiya-Ukrayna müharibəsindən sonra bu nəqliyyat dəhlizi Rusiya üçün daha cəlbedici olub. Hadisələrə bu kontekstdən yanaşanda gözlənilir ki, qarşılıqlı faydalı əməkdaşlıq və Rusiyanın İranla müzakirələri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin daha da genişlənməsinə, xüsusən də Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına gətirib çıxara bilər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR