İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: "Avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir"

Avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Türkiyə Avropa İttifaqı xəyallarına qapılmamalıdır: "Ankara çəhrayı eynək taxmamalıdır, avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir", deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Moskvanın fikir ayrılıqlarına baxmayaraq Ankara ilə münasibətlərin inkişafında maraqlı olduğunu söyləyib:

"Rusiya Federasiyası Türkiyənin NATO öhdəliklərinə sadiqliyini yaxşı anlayır, lakin mövcud fikir ayrılıqlarına baxmayaraq Rusiya, Türkiyə ilə münasibətləri hər iki ölkə üçün sərfəli olduğu yerdə inkişaf etdirmək niyyətindədir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR