İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni illər sonra atası ilə bağlı elə bir addım atdı ki...

Dünyaca məşhur kanadalı müğənni Castin Biber illərdir münasibətlərinin gərgin olduğu atası Ceremi Biberlə barışıb.

Musavat.com xəbər verir ki, ata-oğul keçən həftə birlikdə qolf oynayarkən görüntüləniblər.

Sənətçiyə yaxın mənbələrin verdiyi məlumata görə, Castin atasını olduğu kimi qəbul edib.

Bundan əlavə, Castin Biberin atasının əvvəlki münasibətindən olan övladları – 16 yaşlı Cazmin və 14 yaşlı Cekson ilə də əlaqələrini davam etdirdiyi qeyd olunur.

Qeyd edək ki, müğənni son zamanlar qeyri-sabit davranışları və həyat yoldaşı Heyli Biberlə yaşadığı evlilik problemləri ilə tez-tez gündəmə gəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR