İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdən Rusiyanın “kölgə donanması”na zərbə: 1 iyuldan yeni nəzarət rejimi başlayır

İsveç hökuməti 1 iyul tarixindən etibarən ölkə ərazisindən keçən xarici gəmilərə qarşı nəzarəti ciddi şəkildə gücləndirəcək.

Musavat.com xəbər verir ki, yeni qaydalara əsasən, İsveç Sahil Mühafizəsinə və Dəniz Nəqliyyatı İdarəsinə yalnız limanlara daxil olan deyil, həm də İsveçin iqtisadi zonası və ərazi sularından keçən bütün xarici gəmilərin sığortasını yoxlamaq səlahiyyəti verilib.

Ədliyyə naziri Qunnar Strömmer bildirib:

“Biz inanırıq ki, bu addım Rusiya kölgə donanmasına daxil olan gəmiləri çəkindirmək baxımından təsirli olacaq və daha geniş sanksiya tədbirlərinin əsasını təşkil edəcək.”

Rəsmi Stokholm bu tədbiri Rusiya neftini daşıyan, lakin beynəlxalq qaydalardan yayınan “kölgə donanması”na qarşı atılan strateji addım kimi qiymətləndirir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR