Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur model və aparıcılarından olan Çağla Şıkel bu dəfə etirafı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, 46 yaşlı model keçmişdə üzləşdiyi zorakılıqlardan danışıb.
Uğurkan Erez və Erol Albayrakın təqdimatında yayımlanan “Şimdi Konuşmak Moda” verilişinin qonağı olan Çağla Şıkel modellik karyerasına başladığı ilk illərlə bağlı maraqlı və yaddaqalan xatirələrini bölüşüb.
Şıkel podiuma çıxdığı ilk anı hələ də böyük həyəcanla xatırladığını deyib:
“O anda gözlərim qamaşmışdı, ürəyim sanki sinəmdən çıxacaqmış kimi döyünürdü. O hissi bu gün belə yaşayıram”.
Çağla Şıkel keçmişdə qarşılaşdığı çətinliklər barədə də danışıb. Model bu cür münasibətlərin onda dərin izlər buraxdığını bildirib:
“Sözlü zorakılığa çox məruz qalmışam. Bəzən bunu sizə ən yaxın bildiyiniz dostunuz belə edə bilir. Öz-özümə “Görəsən, doğrudan da pis biriyəm?” deyə düşündüyüm anlar olub. Özümü çox sorğuladığım vaxtlar yaşamışam”.
Musavat.com
02 Iyun 2025
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ