Onlayn ictimai-siyasi qəzet
"Kanal D"də yayımlanan "Eşref Rüya" serialı son bölümü ilə izləyiciləri ekran başına toplayıb.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, serialın əsas qadın obrazlarından olan "Nisan"ı canlandıran Demet Özdemir bu bölümdəki aktyorluq performansı ilə diqqət çəkib.
Sakit və musiqi ilə dolu bir həyat yaşayan "Nisan" qəfildən özünü mafiya dünyasının ortasında tapır. Eşrefə qarşı duyduğu hisslər də günbəgün dərinləşir. Eşrefin normal həyata dönməsini arzulayan Nisan sonda özünü ondan silah istifadə etməyi öyrənərkən tapır.
Bu səhnələr izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Sosial media istifadəçiləri "Nisanın içindəki mafiya oyanır" kimi şərhlər yazıblar.
Musavat.com
02 Iyun 2025
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ