İnsanlara hürriyət, millətlərə istiqlal!

Kliçkodan sərt mesaj: “Əvvəllər avtoritarizmin qoxusu vardı, indi üfunətidir”

Kiyev şəhərinin meri Vitali Kliçko Ukrayna hakimiyyətini avtoritar idarəetmədə ittiham edib.

Musavat.com xəbər verir ki, bu barədə Kliçko "The Times" nəşrinə verdiyi müsahibədə danışıb.

“Bir vaxtlar demişdim ki, ölkəmizdə avtoritarizmin qoxusu hiss olunur. İndi isə artıq bu, üfunətə çevrilib,” – deyə o bildirib.

Kliçko əlavə edib ki, bir çox şəhər merləri qorxu içindədir və vəzifədən uzaqlaşdırılmaq təhlükəsi ilə üzləşirlər. Lakin o, öz məşhurluğunun onu qoruduğunu deyib:

“Çerniqovun merini işdən çıxara bilərsiniz, amma bütün dünyanın tanıdığı paytaxt merini vəzifədən kənarlaşdırmaq asan deyil".

Müsahibə Ukraynada yerli idarəetmənin siyasi təzyiqlərlə üzləşdiyi barədə müzakirələri daha da alovlandırıb.

Musavat.com

 
 
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR