Onlayn ictimai-siyasi qəzet
Uzun müddətdir televiziya ekranlarından uzaq qalan və əsasən teatrda çalışan aktyor Ozan Güvən mayın 19-da 50 yaşını qeyd edib.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Güvən yeni yaşı ilə birlikdə diqqətçəkən qərar verdiyini açıqlayıb.
Aktyor həyatında bəzi radikal addımlar atmaq qərarına gəldiyini bildirib. Belə ki, sabahdan etibarən smartfon istifadə etməyəcəyini deyib.
Ozan Güvənin bu qərarı rəqəmsallaşmanın sürətlə yayıldığı dövrdə xüsusilə sosial media istifadəçiləri arasında təəccüblə qarşılanıb.
Güvən bu qərarını yumorlu bir üslubla təqdim edib. Əlində köhnə model mobil telefonla çəkdirdiyi fotosunu sosial media hesabında paylaşan aktyor qeyd edib:
“Görüntülü zəng! Bəli, hələlik yalnız həftə sonları”.
Ozan Güvən bu paylaşımı ilə həm qərarının ciddiliyini vurğulayıb, həm də izləyicilərinin gülümsəməsinə səbəb olub.
Musavat.com
02 Iyun 2025
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ