Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Pensilvaniya ştatının West Mifflin şəhərindəki poladəritmə zavodundan çıxışı zamanı ABŞ-yə polad idxalına tətbiq edilən tariflərin 50%-ə qədər artırılacağını bildirib.
"Biz 25% artıracağıq, Amerika Birləşmiş Ştatlarında polad tariflərini 25% -dən 50% -ə qaldıracağıq", - Tramp deyib.
Onun sözlərinə görə, polad tariflərinin artırılması “ABŞ-da polad sənayesini daha da qoruyacaq”. Bundan əvvəl ABŞ prezidenti ölkəyə idxal edilən bütün polad və alüminiuma 25 faiz rüsum tətbiq edib.
Musavat.com
02 Iyun 2025
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ