İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın müavini Kamil Zeynallıdan danışdı: "Əminəm, amma təfərrüatlara varmayacam"

İrəvan tərəfindən axtarışda olan Kamil Zeynallının Rusiya tərəfi tərəfindən Bakıya ekstradisiyası ilə bağlı Ermənistan müvafiq tədbirlər görəcək.

Bunu jurnalistlərlə söhbətində baş nazirin müavini Mher Qriqoryan Ermənistan Respublikasının rəsmi reaksiyasının necə olacağı və bu insidentlə bağlı hansı addımların atılacağı sualına cavab verərkən deyib.

“Əminəm ki, tədbirlər olacaq, amma indi təfərrüatlara varmayacağam, çünki bu məsələ ilə bağlı kollegial müzakirə aparılmalıdır, o cümlədən hüquq-mühafizə orqanlarından olan həmkarlarımızla”, – Qriqoryan bildirib.

O əlavə edib ki, rəsmi reaksiyanı gözləmək lazımdır./KONKRET.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR