İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzaya havadan yardım dayandırılıb - Hərə bir səbəb deyir...

Qəzza zolağına havadan yardım çatdırılması dayandırılıb. Musavat.com xəbər verir ki, məlumatı İordaniya hökumətinə bağlı bir xeyriyyə təşkilatına istinadən AFP yayıb. İyulun sonundan bəri bir neçə xarici ölkə İordaniya ordusunun koordinasiyası şəraitində Qəzzaya paraşütlə yardım göstərmək üçün əməliyyatlara qoşulub.

Proses İsrailin icazəsi ilə həyata keçirilib. Sonuncu belə yardım avqustun 26-da çatdırılıb. İordaniya Haşimilər Xeyriyyə Təşkilatının rəhbəri Hüseyn əl-Şebli AFP-yə bildirib ki, hava yolu ilə yardım çatdırılması “son günlərdə” dayandırılıb.

Adının açıqlanmasını istəməyən İordaniya hökumətindəki mənbə AFP-yə bildirib ki, dəyişikliyin arxasında “İsrail maneəsi” dayanır. Mənbə  qeyd edib ki, İordaniya “İsrail maneələri aradan qaldırılarsa” hava yardımını bərpa etməyə hazırdır. İsrailin ictimai telekanalı olan “Kan” yardımının "sonrakı xəbərdarlığa qədər" dayandırıldığını bildirib.

İsrail televiziyası yardım səylərinə rəhbərlik edən Misir və İordaniyanın hava yardımının dayandırılması qərarını “öz səbəblərinə görə” özləri verdiyini elan edib. Qeyd olunub ki, heç bir ölkə Qəzzaya paraşütlə yardım üçün yeni müraciət etməyib.

Şebli, öz növbəsində, Qəzzaya çox ehtiyac duyulan yardımı çatdırmağın başqa yollarını tapmaq üçün "işlərin davam etdiyini" deyib.

İordaniya ordusu iyulun 27-dən Qəzzaya 400 ton yardımın atıldığını bildirib. BMT agentlikləri və yardım təşkilatları dəfələrlə İsraili Qəzzaya qurudan daha çox yardımın çatdırılmasına icazə verməyə çağırıb, İsrail isə qida çatışmazlığını yerdəki təchizatların düzgün idarə olunmaması və talanlarla əlaqələndirib.

Havadan yardım əməliyyatlarının sonu Fələstin ərazisinin ən böyük şəhər mərkəzi olan Qəzza şəhəri ətrafında İsrail ordusunun hücumunun intensivləşməsi ilə eyni vaxta təsadüf edib.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR