Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin audit hesabatında Gizli Xidmətin ciddi problemlərlə qarşılaşdığı açıqlanıb.
Hesabatda bildirilir ki, ştatların tam doldurulmaması dövlətin yüksək vəzifəli şəxslərinin lazımi səviyyədə qorunmasını çətinləşdirə bilər. Bu isə yaralanma və ya qətl hallarına, eləcə də ölkə miqyasında təhlükəsizliyə zərər vurmaq riskinə gətirib çıxarır.
Sənəddə həmçinin vurğulanır ki, bəzi mütəxəssislər məcburi təkrar ixtisasartırma prosesindən belə keçməyiblər.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ