İnsanlara hürriyət, millətlərə istiqlal!

Afrikalı miqrantlardan dəhşət: Yemək və suyu bölüşməmək üçün həmyerlilərini məhv etdilər

Afrikadan olan miqrantlar Kanar adalarına gedən gəmidə dəhşətli qırğın hadisəsi qeydə alınıb. Musavat.com xəbər verir ki, məlumatı Daily Mail yayıb. Bildirilir ki, İspaniyaya gedən gəmi tora ilişərək bir ada yaxınlığında torpağa oturub.

320 nəfərin olduğu gəmi iki həftə adada qalıb. Hər kəsə su və yemək çatmadığını görən gənc sərnişinlərdən bəziləri sağ qalmaq üçün başqalarını öldürmək qərarına gəliblər. Onlar öz aralarında razılaşaraq qurbanlarını cadugərlikdə günahlandırıblar.

320 qeyri-qanuni miqrantdan yalnız 248-i Kanar adalarına gedib çata bilib. Nəşrin məlumatına görə, qətllərdə şübhəli bilinən 20-dən çox şəxs qəbul məntəqələrinə yerləşdirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR