Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İstanbul Ədliyyəsində çalışan 58 yaşlı prokuror Ercan Kayhan bıçaqlanaraq öldürülüb.
Hadisə sentyabrın 3-də saat 21:15 radələrində Çekmeköy rayonundakı bir restoranda baş verib. Məlumata görə, cinayəti onunla şəxsi ədavəti olan 19 yaşlı Mustafa Can Gül törədib.
İstanbul Valiliyinin açıqlamasına əsasən, şübhəli hadisə yerində saxlanılıb. İstintaqa İstanbul Anadolu Baş Prokurorluğunun növbətçi baş prokuror müavini rəhbərlik edir.
Ədliyyə naziri Yılmaz Tunç “X” hesabında paylaşım edərək hadisənin Ömərli məhəlləsindəki bir müəssisədə baş verdiyini açıqlayıb və mərhumun yaxınlarına başsağlığı diləyib. Nazir bildirib ki, cinayətlə bağlı araşdırmalar davam edir.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ