Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Kvemo Kartli bölgəsinin qubernatoru Levan Xarabadze vəzifəsindən istefa verib.
Məlumata görə, o, bu gün Parlament tərəfindən Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri Mamuka Mdinaradzenin müavini vəzifəsinə təyin olunacaq.
Qeyd edək ki, Baş nazir İrakli Kobaxidze mayın 6-da Levan Xarabadzeni Kvemo Kartli bölgəsinin qubernatoru vəzifəsinə gətirmişdi. Karyerası ərzində hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə çalışan Xarabadze bundan əvvəl Şida Kartli bölgəsinin qubernatoru olub.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ