İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlıları xristianlaşdırıb MÜHARİBƏYƏ GÖNDƏRƏCƏKLƏR? - Bakı sakinlərindən REAKSİYALAR

Rus filosof və politoloq Aleksandr Duqin miqrantlar barədə qalmaqallı açıqlama verib. O deyib ki, Rusiyada yaşayan miqrantlardan bəziləri cəmiyyət üçün “ən çox toksik” qruplar hesab edilə bilər. Duqin xüsusilə azərbaycanlıları, tacikləri və özbəkləri bu siyahıya daxil edib.

Onun fikrincə, Rusiyada qalmaq üçün yeganə yol assimilyasiya və ölkənin mədəni kodunu qəbul etməkdir:

“Kimlər ki, pravoslavlığı qəbul edir, Rusiyanın dəyərlərini bölüşür və onu müdafiə etməyə hazırdır, onlar artıq miqrant olmaqdan çıxır və Rusiya cəmiyyətinə qəbul oluna bilər”.

Bəs bu, xüsusi bir plandırmı? Bu yolla Rusiyada azərbaycanlıları xristianlaşdıra və onları müharibəyə göndərə bilərlərmi?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR