İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın kortejinin öldürdüyü Sona Qarabağda çalışırmış-Yeni faktlar 

 

Aprelin 26-da Paşinyanı müşayiət edən avtomobilin vurması nəticəsində dünyasını dəyişən 29 yaşlı Sona Mnatsakanyanla bağlı yeni məlumatlar yayılıb.

 Musavat.com erməni mediasına istinadən xəbər verir ki, avtomobilin altında qalaraq ölmüş hamilə qadının həmkarları geniş yayılmış bəyanatda onun ölüm xəbərini dərin hüznlə qəbul etdiklərini qeyd ediblər. “Sona təşkilatın yaradıcılarından biri, Artsaxdakı “Wings” İT mərkəzinin proqramının rəhbəri olub”,- bəyanatda bildirilir.

Qeyd olunub ki, Sona Artaşatın yaxınlığındakı Berkanuş kəndində doğulub boya-başa çatıb. O, keçən il ailə qurub və İrəvana köçüb.

Əvvəlcədən xəbər verildiyi kimi, saat 18:05 radələrində Paronyan və Leo küçələrinin kəsişməsində Sonanı baş nazir Nikol Paşinyanın kortejini müşayiət edən polis maşını vurub. Kortej zərərçəkənə kömək etmək üçün belə dayanmayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR