İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın korteji tərəfindən vurulan Sona Mnatsakanyan işində SON XƏBƏR

Sona Mnatsakanyanı vuran avtomobilin sürücüsü Aram Navasardyan növbəti məhkəmə iclasından sonra jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, məhkəmə tərəfindən irəli sürülən ittihamı qəbul etmədiyini və özünü günahkar saymadığını bildirib.

“Deməyə sözüm yoxdur, dayandırın. Danışmaq istəmirəm”, - deyə Navasardyan vurğulayıb.

Sürücü Ermənistanın baş naziri Nikol Paşinyanın kortejinin müşayiəti ilə bağlı Paşinyanın “kortej mənim deyil, hökumət başçısını müşayiət edirdi” açıqlamasını da şərh etməkdən imtina edib.

Xatırladaq ki, 2022-ci ilin aprelində baş nazir Nikol Paşinyanın kortejini müşayiət edən yol polisi avtomobili 28 yaşlı hamilə qadın Sona Mnatsakanyana çırpılıb. O, xəstəxanada dünyasını dəyişib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR