Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası Ağ Evdən diqqətçəkən foto yayıb.
Musavat.com xəbər verir ki, görüntüdə İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda keçirilən görüş zamanı Qətərin Baş naziri ilə danışarkən əks olunub. Bu kadr İsrailin son günlərdə Dohaya endirdiyi zərbə və bölgədə artan diplomatik gərginlik fonunda xüsusi maraq doğurub.
ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutan bu təmas müşahidəçilər tərəfindən tərəflər arasında yaranmış böhranı azaltmaq istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Xatırladaq ki, İsrailin aviazərbəsi nəticəsində Dohada insan tələfatı olmuşdu və Qətər bunu ölkənin suverenliyinə zərbə kimi dəyərləndirmişdi. Bu səbəbdən iki ölkə arasında münasibətlər daha da gərginləşmişdi.
Ağ Evin açıqlamasına görə, Netanyahu görüşdə hücuma görə təəssüfünü ifadə edib və gələcəkdə oxşar halların təkrarlanmayacağına dair təminat verib.
Analitiklərin fikrincə, bu görüş Vaşinqtonun Yaxın Şərqdə diplomatik kanalları açıq saxlamaq və bölgədə gərginliyi azaltmaq niyyətini nümayiş etdirir.
Musavat.com
01 Oktyabr 2025
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ