Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bir daha Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasındakı rolundan danışıb.
Musavat.com xəbər verir ki, o, müharibə naziri Pit Heqsetlə ordu generalları ilə görüşündə ikinci hakimiyyəti dövründə dayandırdığı müharibələrdən bəhs edib.
Pakistan-Hindistan münaqişəsindən sonra Ukraynadakı müharibənin çox çətin həll olunana məsələ olduğunu deyib.
Daha sonra isə Azərbaycanla Ermənistan arasındakı sülhdən danışıb: “Digərləri(müharibələr-red.) daha çətin idi. Azərbaycan - 36 il davam etdi. Mənə dedilər: “Bu keçilməzdir, əfəndim, bunu etmə, boynuna alma”. Dedim: “Mən edəcəm”. Mən o iki ölkəyə zəng etdim. Onlar çox gözəl davrandılar. Mən onlarla danışmağa başlayan kimi dərhal anladım ki, biz bu müharibəni bitirəcəyik və başa vurduq. Və indi xoşbəxtdirlər”.
Musavat.com
01 Oktyabr 2025
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ